Həkimlər şok yaşadı

Hamilə zənn etdilər, şiş çıxdı
Qarın ağrısı və qanaxma şikayətiylə həkimə gedən 26 yaşlı Luise Bryantı hamilə zənn edən həkimlər gerçəyi öyrənincə şok oldular. 12 həftə ərzində tam 7 dəfə hamiləlik testi keçən qadının nəticələrinin hamısı mənfi çıxdı.
Sonunda başqa bir problem ola biləcəyini düşünən həkimlər rentgen ilə arvadın qarın boşluğuna baxınca şok gerçəyi fərq etdilər. Yumurtalıq xərçəngi diaqnozu qoyulan qadının qarınında futbol topu böyüklüyündə şiş olduğu təsbit edildi. 20 santimetrlik şişi əməliyyatla alındı, qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir. İndi cütlük ilk körpələri haqqında düşünürlər. Hamilə olmadığını bilməsinə baxmayaraq həkimlərin israrla hamiləlik testi etməsinə də məna verə bilməyən Luis, həkimə getməkdən imtina etmədiyini və sonunda doğru diaqnozun qoyulduğunu əlavə etdi.