Həkimlər uşaqlara səhv diaqnoz qoyurlar
10:24 04.04.2017
Arxiv
591
Sahə həkimlərinin diaqnozu eyni olur, onlar uşağa baxdıqları an eyni "xəstəlikləri" müəyyən edirlər.
Mili.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov APA-ya bildirib ki, indiyə kimi poliklinikalarda, sahə həkimləri tərəfindən körpələrdə "timus vəzinin olması" ilə bağlı diaqnozu qoyulması dəb halını alıb.
Bu mövzunun Azərbaycanda həkimlər arasında nəsildən-nəslə ötürüldüyünü deyən R.Hüseynov qeyd edib ki, ötən əsrin 60-cı illərində "timus vəzi" mövzusu ətrafında çoxlu müzakirələr aparılıb: "Çox təəssüf ki, biz indi də belə hallara rast gəlirik. Timus adi vəzdir və bütün uşaqlarda olmalıdır. Kimdəsə bir az böyük, ayrı-ayrı ölçülərdə olur. Müəyyən müddətdən sonra öz funksiyasını itirir və sorulmağa başlayır. Onunla bağlı nə müalicə, nə də başqa tədbirlərə ehtiyac yoxdur. Və yaxud körpələrdə əmgəyin böyük və balaca olması Azərbaycan üçün "böyük problem" olub. Əmgəyin mövcudluğu insana doğuş zamanı lazımdır, ondan başqa sümüklərin arasında şırımların da öz rolu var. Kəllə sümüyü tam olsaydı, doğuş zamanı sına, zədələnə bilərdi. Ona görə də başın bir neçə sümüyünün arasında ara məsafə var. Doğuşdan sonra artıq məsələnin bu dərəcədə böyüdülməsinə gərək yoxdur. Çünki əmgəklər zamanla gec və ya tez, onsuz da, bağlanacaq".
Digər problemdən danışan baş neonatoloq qeyd edib ki, həkimlər tərəfindən uşaqlara "fizioloji sarılıq" diaqnozu ilə müxtəlif müalicələr edilir. Əslində, təbii fizioloji sarılığın uşaqların 80%-də olduğunu deyən R.Hüseynov vurğulayıb ki, həkimlər daha çox sarılığın keçməsi üçün şirin çay, şirin suyun, qlükozanın verilməsini tövsiyə edir:
"Valideyn də venadaxili inyeksiya üçün nəzərdə tutulan qlukozanı uşağa içirir ki, sarılıq getsin. Kimyanın qanunudur ki, qeyri-düz bilurubin suda həll olmur. Buna heç ehtiyac da yoxdur. Əgər problemin adı təbii fizioloji sarılıqdısa, heç bir müdaxilə edilməməlidir. Bu sarılıq II-III gündən başlayır, V-VI gün pik həddə çatır, VIII-IX gün başa çatır. Bəzilərində isə bu müddət uzanaraq 2-3 həftə davam edə bilər. Əgər uşağın vəziyyəti yaxşıdırsa, normal yeyirsə, süd qəbul edirsə, əlavə müdaxilə etmək lazım deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya