"Həmin şəxslər artıq zarafat zamanının bitdiyini dərk edir" - Deputat




"Amerika prezidenti Donald Tramp Suriyada baş verən faciəyəyə göz yuma bilməzdi”.

Bunu Sherg.az-a ABŞ-ın Suriyanı bombalamasından sonra Rusiya ilə gərginləşən münasibətlərin nəticələrini şərh edərkən millət vəkili Asim Mollazadə deyib. 

Deputat diqqətə çatdırıb ki, minlərlə uşağın kimyəvi silahlarla qətlə yetirilməsi ağır cinayətdir və cəzasız qala bilməzdi:

"Tramp özündən əvvəlki prezidentdən, hər zaman "qırmızı xət”dən danışan, lakin heç bir addım atmayan şəxsdən fərqli olaraq, həmin qərar qəbul etdi. Və kimyəvi silahlara qarşı müasir, yeni Amerika silahlarını istifadə etməyə başladı. Ümidvaram ki, Bəşşar Əsəd rejiminin müdafiəsində olan şəxslər də artıq zarafat zamanının bitdiyini dərk edir. Proseslərə ciddi yanaşmaq lazımdır. Ürəyimdə bir arzu var ki, uşaq qatilləri, cinayətkarlar Xocalı soyqırımında da uşaqlara qarşı törədilən cinayətlərə görə də, belə cavab versin”.

Ayyət Əhməd