Həmsədrlər Qarabağ münaqişəsini həll etmək iqtidarında deyillər
21:12 27.10.2016
Arxiv
570
“Azərbaycan tərəfi açıq şəkildə görüşə hazır olduğunu bəyan edir. Amma düşmən ölkə danışıqdan qaçır. Niyə vasitəçilər prosesi kimin pozduğunu etiraf etmirlər?!”
"Erməni tərəfi dünya ictimaiyyətini aldatmaq, görüntü yaratmaq məqsədi ilə cəbhə xəttində gərginlik yaradır, mütəmadi olaraq atəşkəsi pozur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu "Şərq”ə açıqlamasında deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında cərəyan edən prosesləri şərh edən ekspert bildirib ki, erməni hökuməti sülh danışıqlarının pozulmasında və qoşunların təmas xəttində təxribat törətməkdə maraqlıdır: "Əlbəttə, düşmənin məqsədi müharibəni yenidən başlatmaq deyil. Çünki erməni tərəfi hərbi əməliyyatlara başlayacağımız təqdirdə məhv olacağını yaxşı dərk edir. Bəs onda nəyə görə atəşkəsi tez-tez pozurlar? Səbəbi odur ki, cəbhə xəttində gərginlik yaradan erməni tərəfi bölgədə nəzarət-monitorinq sistemlərinin qurulmasını istəyir. Düşmən qoşunları təmas xəttində təxribat törətməsə, Kasprşikin missiyası da genişlənə bilməz. Ermənilər atəşkəsi pozmaqla dünya ictimaiyyətinin diqqətini bölgəyə çəkmək, düşməni dəstəkləyən beynəlxalq güclərin məsələyə müdaxiləsini təşkil etmək istəyirlər. Amma son dövrlərdə təxribatın artmasının əlavə səbəbi də var. Bu da Ermənistanın yeni müdafiə naziri ilə əlaqəlidir. Yeni nazir siyasi və hərbi cəhətdən çox avantürist adamdır. O, öz mövcudluğunu bu formada göstərməyə çalışır”. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun fəallaşmasının, regiona səfərlər təşkil etməsinin bizim üçün heç bir xeyri yoxdur. Vasitəçilər ilin sonu olduğu üçün formal şəkildə aktivliklərini artırıblar: "Həmsədrlər ilin sonunda gördükləri işlə bağlı yekun raport hazırlamaq və quruma təqdim etmək üçün bu cür səfərlər həyata keçirməyə məcburdurlar: "Həmsədrlər görüntü yaratmaqla məşğuldur. İndi də deyirlər ki, dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasında münaqişə tərəflərini görüşdürəcəklər. Ola bilsin, həmsədrlər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşdülər. Amma bu görüşlərin hamısı mahiyyətcə mənasızdır. Çünki bütün cəhdlər hesabat xatirinədir. Həmsədr dövlətlərin sonuncu açıqlaması da göstərir ki, vasitəçilər münaqişəni həll etmək iqtidarında və marağında deyillər. Hər üç həmsədr ermənipərəstliklə məşğuldurlar”. Ekspert deyib ki, heç bir işə yaramayan həmsədrlər hər dəfə münaqişə tərəflərinin siyasi iradə göstərmədiklərini iddia edirlər. Amma Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki məsələdə siyasi iradə ortaya qoyub: "Birinci siyasi iradə Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsi ilə bağlıdır. Amma vasitəçilər düşmən tərəfin maraqlarına uyğun olaraq, Prezidentin bəyanatını təhrif etməyə çalışdılar. İddia etdilər ki, guya, Prezident bu məsələnin sadəcə müzakirəyə çıxarılmasına razılıq verib. Halbuki dövlət başçısı konkret olaraq bəyan etdi ki, əgər ilkin razılıq olarsa, Dağlıq Qarabağa ən yüksək status veriləcək. Bu bəyanatda qaranlıq qalan, müzakirəyə ehtiyacı olan məqam yoxdur. İkinci siyasi iradə isə Prezident İlham Əliyevin problemi danışıqlar masasında müzakirə etməyə hazır olduğunu bildirməsi idi. Ancaq amerikalı həmsədr söylədi ki, dekabr ayında baş tutacaq görüşdə XİN rəhbərləri prezidentlərin növbəti görüşünü müzakirə edəcək və görüşə şərait yaradacaqlar. Aydın görünür ki, bizə qarşı qərəzli mövqe var. Azərbaycan tərəfi açıq şəkildə görüşə hazır olduğunu bəyan edir. Amma düşmən ölkə danışıqdan qaçır. Niyə vasitəçilər prosesi kimin pozduğunu etiraf etmirlər?! Bütün məsələlərdə günahkar ermənilərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat