Həmsədrlər Qarabağa getdilər






ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal altında olan Qarabağa yola düşüblər.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Bu gün Qarabağa yola düşürük. De-fakto hakimiyyətdə olanlarla görüşmək və zorakılıqla bağlı məlumatları birinci əldən almaq üçün", - deyə ABŞ-dan olan həmsədr Ceyms Uorlik jurnalistlərə bildirib.