"Ermənilərin əslində hansı yuvanın quşu olduqları az zamanda bəlli oldu. Beynəlxalq təşkilatlar və bir çox aparıcı dövlətlər münaqişədə Azərbaycanın haqlı mövqeyini tanıdılar və müdafiə etdilər. Ancaq təəssüflər olsun ki, beynəlxalq siyasi proseslərdə sadəcə hüquqa arxalanmaq kifayət etmir. Rəsmi Bakının dünya ictimaiyyətindən, ələlxüsus da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret tələbimiz var. İkili standartlara birdəfəlik son verilməlidir. Çünki vaxt gələcək ikili yanaşmalar elə həmin ölkələrin özlərinə ziyan vuracaq”.
"Həmsədrlərdən konkret tələbimiz var" - Analitik
15:10 19.10.2018
Arxiv
507
"Zaman keçdikcə münaqişənin həlli və ümumilikdə ermənilərin əsl simalarının dünyaya tanıdılması ilə bağlı mühüm addımlar atılmaqdadır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Son illərdə dünya ictimaiyyətinin işğalçı ermənilərə münasibətinin dəyişdiyini vurğulayan politoloqun fikrincə, əgər əvvəllər ermənilərin təqdim etdikləri "yazıq” obrazı dünya dövlətlərinin bir çoxu tərəfindən qəbul olunurdusa, müəyyən vaxtdan sonra bu obrazın tamamilə cəfəngiyyat olduğu üzə çıxdı:
"Ermənilərin əslində hansı yuvanın quşu olduqları az zamanda bəlli oldu. Beynəlxalq təşkilatlar və bir çox aparıcı dövlətlər münaqişədə Azərbaycanın haqlı mövqeyini tanıdılar və müdafiə etdilər. Ancaq təəssüflər olsun ki, beynəlxalq siyasi proseslərdə sadəcə hüquqa arxalanmaq kifayət etmir. Rəsmi Bakının dünya ictimaiyyətindən, ələlxüsus da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret tələbimiz var. İkili standartlara birdəfəlik son verilməlidir. Çünki vaxt gələcək ikili yanaşmalar elə həmin ölkələrin özlərinə ziyan vuracaq”.Analitikə görə, Azərbaycan tərəfi səbrlə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə dair konkret addımlar atmasını gözləyir:
"Azərbaycan ötən illər ərzində güclü ordu qurub və müxtəlif ölkələrlə dostluq əlaqələri yaradıb. Ermənistandakı parlament seçkilərindən sonra Paşinyan ya qəti rasional addımlar atacaq, ya da biz diplomatik üsullarla yanaşı digər variantlara da əl atmaq məcburiyyətində qalacağıq. Digər variant isə güc tətbiq etməklə torpaqlarımızı azad etməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz