“Həqiqətən də Azərbaycan dünyəvi bir ölkəyə çevrilib” - Deputat
12:30 02.05.2019
Arxiv
650
"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün olduqca vacibdir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bütün dünyaya açıq olan dünyəvi ölkədir:
"Biz hər kəslə dialoq qurmağa və münasibtələrimizi inkişaf etdirəməyə hazırıq. Bu, Azərbaycan prezidentin birmənalı, məntqli və düşünülmüş siyasətidir. Milyonlarla soydaşlarımız bu siyasətə müsbət fikir bildirirlər.
Xaricdə yaşayan vətəndaşlarımızla görüş zamanı da bunun şahidi oluruq. Ukraynada və Sankt -Peterburqda daimi olaraq diasporlarımızla görüşürük. Soydaşlarımızın cənab Prezidentə məhəbbətini açıq-aydın hiss edirik. Onlar ölkə başçısının siyasətini dəstəkləyirlər və hesab edirlər ki, həqiqətən də Azərbaycan dünyəvi bir ölkəyə çevrilib”.
Parlament üzvü xatırladıb ki, ermənilər istədikləri zaman Azərbaycana gəlirlər:
"Baxın görün, hansısa azərbaycanlı Ermənistana gedirmi? Amma ermənilər bura gəlir və biz onların toxunulmazlığına, problemlərin yaşanmamasına zamin dururuq ki, neqativ hallar yaşanmasın. Ona görə də biz dünyəvi dövlət və cəmiyyətik. Bugünkü forumda mən də iştirak edirdim və qonaqlarla ünsiyyətdə olmuşam. Hiss edirəm ki, insanlarda Azərbaycana qarşı böyük maraq var. Bu, bizim üçün olduqca önəmlidir”.
Qeyd edək ki, mayın 2-də Heydər Əliyev Mərkəzində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm