Hər biri gündə 45 həb qəbul edir

Bacı-qardaşın yan-yana gəlməsi qadağandır
Genetik bir xəstəlikləri olan bacı-qardaşın yan-yana gəlməsi ölümlə nəticələnə bilər. Buna görə çarəsiz anaları onları bir-biriylə oynatmır.
4 yaşlı Faya və 3 yaşlı Alfie bir-biriylə oynamağı çox sevən bacı - qardaşdır. Ancaq bədənlərindəki mikrobları paylaşa biləcəkləri onları öldürə bilər. Anaları buna görə onları ayrı tutmağa çalışır. Doğulduqları zaman kistik fibrozis adı verilən ağciyər xəstəliyi diaqnozu qoyulan bacı-qardaşların ağciyərlərində bəlğəm yığıldığı üçün davamlı infeksiya yaranır. Ciyərlərini təmizləmək üçün uşaqların hər biri gündə 45 həb qəbul etmək məcburiyyətindədir. Ciyərlərinə ciddi ziyan verən mikroblar, tənəffüs çatmazlığına səbəb ola biləcəyi üçün ölümcül xassəyə malikdir.
Bu səbəblə 23 yaşlı ana Zoe Fuhrun uşaqlarını bir-birindən ayırmaqdan başqa şansı yoxdur. Fərqli otaqlarda yatan və oynayan bacı- qardaşların bir-birinə sarılması qadağandır, ancaq ailə, onların ayırmağın çox çətin olduğunu söyləyir.
Zoe hamilə qaldığında, kistik fibrozis geni daşıdığından xəbəri yox idi. Faya dünyaya gəldiyi zaman olduqca sağlam idi. Ancaq bir neçə həftə sonra körpənin yemək yeyərkən və nəfəs alarkən çətinlik çəkdiyi üzə çıxır. Faya 6 həftəlik olarkən testdən keçir. Həkimlər, yapışqan bir bəlğəmin ciyərləri tıxamasıyla yaranan və genetik bir xəstəlik olan kistik fibrozis diaqnozu qoyur. İkinci bir uşaq istəyən Zoe və həyat yoldaşı xəstəliyin onda da olacağından qorxurdu. 4-də 1 ehtimalın olduğunu öyrənincə şanslarını sınamağa qərar verirlər. Ancaq çox təəssüf ki, oğulları Alfieyə də 6 həftəlik olarkən eyni diaqnoz qoyuldu. Kistik fibrozis simptomları ümumiyyətlə uşaqlıq dövrünün ilk zamanlarında ortaya çıxır. Bu simptomların başlıca əlamətləri xroniki öskürək, sinə infeksiyaları və inkişafdan qalmaqdır. Xəstəliyin həlli olmadığı üçün müalicə yalnız simptomları yüngülləşdirir. Xəstəlik inkişaf etdiyi vəziyyətində ağciyər nəqli olunmalıdır.