"Hər iki tərəfdə böyük dağıdıcı gücə malik silahlar var" - Denis Sammut
14:05 06.11.2017
Arxiv
653
"Hər kəsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib.
D. Sammut bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: "Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq.
Hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır.
Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir”.
D. Sammut qeyd edib ki, etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərkib hissələrindən biridir: "Etimad tədbirləri bir-biri ilə problemləri olan dövlətlər və ya dövlətlərdəki qruplar arasında görülməli olan tədbirdir. Bu, dostlar arasında olan tədbir deyil. Bu tədbirlər ABŞ və NATO-nun Sovet İttifaqı ilə münasibətlərini aydınlaşdırmaq üçün "soyuq müharibə” dövründə də olub. Bu, o demək deyil ki, biz Dağlıq Qarabağ bölgəsində müharibənin getməsindən və təmas xəttində demək olar, hər gün insanların ölməsindən xəbərdar deyilik. Biz məhz buna görə etimad tədbirləri barədə danışırıq. Prezidentlər və nazirlər səviyyəsində müzakirələr və danışıqlar üçün şərait yaratmaq məqsədilə bu məsələ müzakirə olunur. Biz hamımız öz yolumuzla bu münaqişənin həllinə töhfə verə bilərik”.
Qeyd edək ki, D. Sammut "Etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərmi?” adlı tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir. Tədbir İqtisadi və Sosial İnkişaf Mərkəzi və tərəfindən təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol