"Orta aylıq əmək haqqını əvvəlki rəqəmlərlə müqayisə etsək, bu, artmaqdadır. Bu ilin mart ayında büdcə təşkilatlarında çalışanların əmək haqqı orta hesabla 10 faiz artırıldı. Həmin göstərici son açıqlanan orta aylıq əməkhaqqı barədə statistikada əsas rol oynayır.
"Hər il orta aylıq əmək haqqı artan tendensiya ilə davam edir" - AÇIQLAMA
11:58 09.08.2018
Arxiv
940
"Ölkədə orta aylıq əməkhaqqı barədə açıqlanan rəqəmlər konkret bir sahəyə aid deyil, ümumi göstəricidir”.
Bunu "Sherg.az”a 2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının artmasından danışarkən iqtisadçı - ekspert Pərviz Heydərov söyləyib.
Onun sözlərinə görə, açıqlanan əməkhaqqı göstəricilərinin reallığı əks etdirib-etdirməməsini dəqiq söyləməkdə çətinlik çəkirik:
"Orta aylıq əmək haqqını əvvəlki rəqəmlərlə müqayisə etsək, bu, artmaqdadır. Bu ilin mart ayında büdcə təşkilatlarında çalışanların əmək haqqı orta hesabla 10 faiz artırıldı. Həmin göstərici son açıqlanan orta aylıq əməkhaqqı barədə statistikada əsas rol oynayır.Ötən il büdcə təşkilatlarında çalışanların əmək haqları yüksəldilməsə də, ümumi göstəricilərdə artım qeydə alınmışdı. Bu göstərir ki, hər il orta aylıq əməkhaqqı artan tendensiya ilə davam edir.
Eyni zamanda, özəl sektorda da vaxtaşırı əmək haqqı çoxaldılır. Amma bu, bütün özəl sektor sahələrinə aid deyil. Bəzi müəssisələrdə maaşların dəqiq göstərilməməsi ümumi ölkə üzrə göstəricilərə də təsir edir”.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual