Hər şey bazardakı tələbatdan asılıdır

Qızılın qiymətinin qalxıb-enməsi təbii prosesdir


Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 5,90 dollar azalaraq 1 219,30 dollara, gümüş isə 0,10 dollar ucuzlaşaraq 17,36 dollara satılıb.

"İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev qızılın qiymətinin qalxıb enmələrini iki ilin müxtəlif dövrləri üzrə müqayisə edərək təbii proses kimi qiymətləndirir: "Cari ilin müəyyən dövrləri kimi keçən ilin müəyyən vaxtlarında da qızlın qiyməti qalxıb və enib. Məsələn, 2014-cü il mart ayını nəzərə alsaq, qızılın unsiyasının ən yüksək qiyməti məhz bu dövrdə müşahidə olunub. Bu ayda qiymət 1370 dollar olub. Aşağı qiyməti isə 1230 dollar müəyyənləşib. Sonra keçən ilin qeyd etdiyim ayı üzrə 140 dollara qədər bahalaşmışdı”.
R.Atakişiyev ümumiyyətlə, qızılın qiymətindəki dəyişikliklərin tələbatdan asılı olduğunu deyir: "Bu baxımdan dünya bazarında qızıla olan tələbatın mövcud vəziyyətindən asılı olaraq qızılın qiymətlərinin qalxıb-enməsi müşahidə edilə bilər. Həmçinin bazara təklif edilən qızıla münasibətlə də qiymət müəyyənləşdirilir”.

Vüqar Şahinoğlu