Hərbi prokuror: Fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə azalıb
10:42 30.04.2019
Arxiv
413
Silahlı qüvvələrdə baş verən cinayətlər, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktik konfransda Hərbi prokuror Xanlar Vəliyev bildirib.
X.Vəliyev deyib ki, qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər fərqli illərlə müqayisəli təhlili aparılarkən məlum olub ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 1000 dəfə; tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2007-ci illə müqayisədə 2 dəfə; hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə 2 dəfə; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7%; hakimiyyətdən sui-istifadə etmə 1998-ci illə müqayisədə 36,0 %; qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci illə müqayisədə 51,4 %; qeyri-hərbi cinayətlər 1998-ci illə müqayisədə 10,2%, 1998-ci illə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə və özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya