Hərbi Prokurorluqdan Səfər Əbiyev AÇIQLAMASI
07:54 26.12.2013
Arxiv
3424
Müdafiə Nazirliyi sistemində geniş miqyaslı yoxlamalar aparılır, amma bunun kecmiş nazirlə bağlılığı yoxdur
Mətbuatda son günlər sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı yeni məlumatlar yayıb. Generalın keçmiş fəaliyyətinin milli təhlükəsizlik orqanları tərəfindən araşdırıldığı, Səfər Əbiyevin özünün isə ev dustağı kimi xüsusi xidmət orqanları əməkdaşlarının tam nəzarəti altında saxlanıldığı iddia olunur. Eyni zamanda, hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində geniş miqyaslı yoxlamalar aparıldığı və bunun eks-nazirlə əlaqəli olduğu vurğulanır.
modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğuna müraciət edib. Hərbi Prokurorluqdan verilən açıqlamada hərbi sahədə, hərbi hissələrlə bağlı yoxlamaların mütəmadi aparıldığı inkar olunmayıb, amma bunun Səfər Əbiyevlə bağlılığını təkzib ediblər.
"Respublika Hərbi Prokurorluğu hərbi sahədəki fəaliyyətlə bağlı mütəmadi olaraq yoxlamalar aparır, amma bu o demək deyil ki, həmin yoxlamalar mediada iddia olunduğu kimi, Səfər Əbiyevlə bağlıdır. Bu yoxlamaların sabiq nazirlə hər hansı əlaqəsi yoxdur”-deyə Hərbi Prokurorluqdan bildirilib. Açıqlamada eyni zamanda Səfər Əbiyevin ev dustağı kimi saxlanılmasından da xəbərsiz olduqları qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya