Hərbiçinin xanımına sataşdı...

Gənclər şəhərciyinin sakinləri “JEK” müdirini əzişdirdilər



"Abşeron” gənclər şəhərciyinin Mənzil İstismar Sahəsinin (JEK) müdiri Kamal müəllimi bir qrup şəhərcik sakini döyüb.

Buna səbəb özünü kompleksin meri kimi aparan "JEK” müdirinin şəhərcik sakini olan gənc xanıma əxlaqsız təklif irəli sürməsi olub. Bu barədə "Şərq”ə kompleks sakinləri bildirib. Onların sözlərinə görə, "JEK” müdirini sakinlərin əlindən polis işçiləri güclə alıb: "Deməli, şəhərciyin qazlaşdırılması ilə bağlı mənzillərə baxış keçirilir. Mənzillərdən birinə baxış zamanı Kamal müəllim həyat yoldaşı hərbiçi olan qadına "sizə qaz verilməyəcək” deyib. Səbəbi isə eyvanın bağlı olması ilə izah edib və məsələnin 100-150 manat rüşvət verməklə yoluna qoyula biləcəyini söyləyib. Xanım isə "həyat yoldaşım cəbhədədir, evdə isə o qədər pulumuz yoxdur” cavabını verib. Bunu fürsət hesab edən "JEK” müdiri qadına girişməyə başlayıb, xanıma əxlaqsız təklif irəli sürüb. Və bildirib ki, onunla intim münasibətdə olarsa, pul vermədən məsələni həll edə bilər. Bundan sonra xanım məsələ barədə həyat yoldaşının dostu olan üzbəüz qonşusuna xəbər verib. O qonşu da digər qonşulara söyləyib. Və məsələ şəhərcik sakinləri arasında yayılıb. Sakinlər də "bu gün başqasının həyat yoldaşına sataşan, sabah bizim də yoldaşımıza sataşar” deyib, "JEK” müdirini əməlli-başlı döyüblər”.

Ayyət