Həsən Əliyev finala vəsiqə əldə edə bilməyib






Dünya və Avropa çempionumuz Həsən Əliyev finala vəsiqə əldə edə bilməyib. sherg.az bildirir ki, idmançımız yarımfinalda erməni rəqibi Miqran Arutyunyanla görüşüb. Birinci hissədə 3:0 hesabı ilə öndə olan pəhləvanımız üstünlüyünü qoruya bilməyib və ikinci hissədə 5:8 hesabı ilə uduzub. Buna rəğmən güləşçimiz bürünc medal uğrunda mübarizə apacaq.
Qeyd edək ki, 25 yaşlı pəhləvanımız ilk görüşündə Gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Güləşçimiz bu dəfə də asanlıqla qələbə qazanıb çalıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda belarusyalı Mixail Simyonovla qarşılaşıb. O, bu sınaqdan da uğurla çıxıb.

Ayyət,
İsmayıl