Həsən Əliyev YARIMFİNALDA





66 kq çəki dərəcəsində yunan-Roma güləş yığmamızın üzvü Həsən Əliyev yarımfinala yüksəlib. Apasport.az-ınməlumatına görə, o, 1/4 final görüşünda belaruslu Mikhail Siamionau 3:0 hesabı ilə qalib gələrək adını yarımfinal qarşılaşmasına yazıb. Həsən Əliyevin yarımfinalda rəqibi erməni Migran Arutyunyan olacaq.
**
Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. Lent.az-ın məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq. Cəmşid Xeyrabadinin yetirmələrinin Avropa çempionatı statusunu da daşıyan Oyunlarda mükafat sayını artıracağı gözləniləndi.
Yunan-Roma güləşi
66 kq
Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.
75 kq
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimiz 4-0 hesabı ilə qələbəsi ilə başa çatıb. 0, 1/8 final qarşılaşmasında ruminiyalı Puscasu İonellə qarşılaşacaq.
85 kq
Millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi ilə qüvvəsini sınayıb. O, qarşılaşmanı 4-0 hesabı ilə qələbə çalıb. S. Təhmasibi 1/8 qarşılaşmasında erməni idmançısı Maksim Manukyan qarşılaşıb. Qarşılaşma erməninin 4-0 hesabı ilə başa çatıb.
130 kq
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşəcək.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.