Həyat yoldaşı intihar etdi

İndi onu 28 il həbs cəzası gözləyir




Adanada həyat yoldaşının ona şiddət tətbiq etdiyini iddia edərək şikayətçi olduqdan sonra intihar edən 19 yaşlı Tuba Şahinin həyat yoldaşı 25 yaşlı Mustafa Şahin haqqında 28 ilə qədər həbs cəzası istəyiylə iddia açıldı.

Tuba Şahin, 5 ay əvvəl dəmirçi ustası Mustafa Şahin ilə ailə qurdu. İddiaya görə, Mustafa Şahin həyat yoldaşının ailəsi ilə görüşməsinə icazə verməyərək gənc qadına şiddət tətbiqinə başladı. Tuba Şahin, 23 martda polisə gedərək həyat yoldaşından şikayətçi oldu, ardından da eyni məhəllədə yaşayan ailəsinin evinə döndü. "Başıma bir iş gəlirsə, məsuliyyəti həyat yoldaşım Mustafa və ailəsidir” deyən gənc qadın eyni gün saat 01.00 radələrində oturduqları mənzilin 7-çi mərtəbəsindəki evlərinin balkonundan atıldı. Bir mərtəbəli ofisin üstünə düşən Şahin, ağır vəziyyətdə aparıldığı xəstəxanada müdaxiləyə baxmayaraq həyatını itirdi. Tuba Şahinin ailəsi, qızlarını 5 aydır görə bilmədiklərini, həyat yoldaşının ona ailəsiylə birlikdə şiddət tətbiq etdiyini qarşıya qoydu. Həbs olunan Mustafa Şahin iddiaları qəbul etməyərək özünü belə müdafiə etdi: "Aramızda mübahisə çıxdı. Tuba mənə bıçaq çəkdi. Mən üzərinə doğru gedincə bıçaqı öz boğazına dirədi. Daha sonra otağa gedərək kompüteri, abajurları qırdı. Getmək istədi, ancaq intihar edər narahatlığıyla buraxmadım. Daha sonra polislər gəldi. Tuba məndən şikayətçi olmayıb, qadın sığınma evinə gedəcəyini söyləyincə, polislər məni buraxdı, Tubanı apardı. Həyat yoldaşım ailəsindən təzyiq görürdü. Bu səbəbdən hətta evlənməzdən əvvəl təxminən 1.5 ay qədər bizdə qaldı.” Hadisə ilə əlaqədar istintaqını tamamlayan Respublika Prokuroru, Mustafa Şahin haqqında "Adamı azadlığından məhrum etmə”, "Silahla təhdid”, başqasını intihara istiqamətləndirmə halında intiharın reallaşması”, "Təhqir” maddələri ilə 28 ilə qədər həbs cəzası istənilməsi üçün iddia açıldı. Mustafa Şahin önümüzdəki günlərdə hakim qarşısına çıxacaq.