Hindistan "Paris razılaşması"nı dəstəkləyir - ABŞ-a ZİDD - Foto

Hindistan  qlobal istiləşməyə qarşı ortaya qoyulmuş "Paris razılaşması"nı dəstəkləyəcəyi ilə bağlı Fransanı əmin etdi. 
Sherg.az "lemonde.fr"ə istinadən xəbr verir ki, Amerikanın məlum razılaşmadan imtinasından sonra istiləşməyə qarşı mübarizə məsələsi bu gün Parisdə Hindistanın baş naziri Narendra Modi və Fransa prezidenti Emmanüel Makron arasında müzakirə mövzusu olub. 
Bu razılaşmanı dəstəklədiklərini söyləyən N.Modi hətta bununla bağlı öhdəlik də götürməyə hazır olduqlarını bildirib. O qeyd edib ki, Hindistan bu razılaşmanın tərəfdardır və o, bu sahədə səylərini davam etdirəcək. 
E.Makron isə bəyan edib ki,bu ilin sonunda Hindistana səfər edəcək: 
"Mən bu sahə ilə bağlı Fransa Hindistan əlaqələrinin daha da genişlənməsini istəyirəm. Bundan başqa digər ölkələrin də bu razılaşmaya qatılmasına çalışacam".
Ayyət Əhməd