
Hüquq müdafiəçisi bu ailəni gölməçədə yaşadan icra başçısından DANIŞDI
15:43 25.04.2019
Arxiv
722
"Bələdiyyələr, icra hakimiyyətləri vətəndaşlara kömək olmalıdır. Bələdiyyələr həmin vətəndaş üçün kiçik torpaq sahəsi ayıra bilərlər"“İcra hakimiyyətinin öz büdcəsi yoxdursa, heç olmasa müxtəlif sahibkarlara müraciətlər olunmalıdır”
Cəlilabad rayon icra başçısı xəstə ananı və balasını gölməçələrdə yaşadır. Ruslan Hüseynov artıq 25 ildir ki, anası ilə Cəlilabadın Göytəpə şəhərindəki xəstəxana binasına sığınıb.
Bu 25 il ərzində Cəlilabad bir neçə icra başçısı görüb, amma R.Hüseynovla ağır xəstə olan anasına onların heç biri əl tutmayıb, normal bir evlə təmin etməyiblər. R.Hüseynovun sözlərinə görə, rayonun icra başçısı Namiq Zeynalova etdiyi müraciətlərə baxmayaraq, Cəlilabadın rəhbəri ona laqeyd yanaşıb:
"Bu vəziyyətdə kim yaşayar? Bakıda günü 10 manata işləyirəm, o da anamın dərmanlarına gedir. Özü də 130 manat pensiya alır, heç yeməyə çatmır.
Evdə qaz yoxdur, odundan istifadə edirik. Yatmağa belə yerimiz yoxdur. Heç kim bizə kömək etmir. Mən Namiq Zeynalova yaxınlaşmışdım, dedi ki, təzə gəlmişəm, sonra baxarıq. Bir müddət keçdi, yanına getdim, dedim gəlib gözlərinizlə şahid olun ki, nə gündə yaşayırıq. Dedi ki, gələ bilmirəm, bizim fondumuz yoxdur, kömək edə bilmərik. Bizim bu yaşayımıza baxın, ev uçur, dağılır, kim mənə ailə qurmaq üçün qızını verər?”.
Cəmiyyətimizdə sosial məsuliyyət və insanların bir-birinə yardım göstərməsi ilə bağlı xeyli biganəlik olduğunu deyən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az”a bildirib ki, xüsusilə bələdiyyələr çətin durumda olan vətəndaşlara yardım etməlidir:

"Son aylarda bu tipli müraciətlərin sayı çoxalıb. Çünki ölkə başçısı tərəfindən sosial müdafiə sisteminin gücləndirilməsi ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalanır. Əslində rayon yerində yaşayan hər kəsin pis şəraiti olsa belə, bir yuvası var. Lakin bütün hallarda vətəndaş çətin vəziyyətdə yaşayırsa, şübhəsiz ki, müvafiq qurumlar bu istiqamətdə tədbirlər görməlidir.
Xüsusilə bələdiyyələr, icra hakimiyyətləri vətəndaşlara kömək olmalıdır. Fikrimcə, bələdiyyələr, həmin vətəndaş üçün kiçik torpaq sahəsi ayıra bilərlər. Yerli özəl qurumlar da bu məsələdə öz dəstəklərini göstərməlidir.
Təəssüf ki, Azərbaycanda paylaşma anlayışı yoxdur. Cəmiyyətimizdə bu ənənələr yavaş-yavaş itir. Əvvəllər hər kəs yığışıb köməksiz vəziyyətdə olanlara şərait qururdu. Göytəpə qəsəbəsində də belə şərait yaratmaq olardı. Oradakı insanların fermer təsərrüfatları da yaxşı durumdadır. Bu baxımdan yerli icra hakimiyyətləri məsələyə həssas yanaşmalıdır. İcra hakimiyyətinin öz büdcəsi yoxdursa, heç olmasa müxtəlif sahibkarlara müraciətlər olunmalıdır”.
Ə. Nuriyev vətəndaşın normal işlə təmin edilməsinə də ehtiyac olduğunu bildirdi:
"Məşğulluq idarəsi bu məsələ ilə bağlı tədbir görə bilər. Vətəndaşın normal gəlir mənbəsi olarsa, problemləri həll etmək mümkündür. Vətəndaşa yardım etmək üçün uzun müddət vəzifədə olmaq lazım deyil.
Əminəm ki, Cəlilabadda Allaha inanan insanlar çoxdur. Göytəpə sakinləri bu olanlara biganə qalmamalıdır. Biz adətən hər şeyi dövlətdən gözləyirik. Amma cəmiyyət üzvləri də belə proseslər zamanı imkan daxilində öz köməkliklərini göstərməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region