İcbari sığorta sistemi yaradılacaq




"Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarını genişləndirilməsi Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək”.

Modern.az-ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
O bildirib ki, ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram hazırlanır. "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına öz töhfəsini verəcəyini gözləyirik”.

Nazir müavininin görə, 2017-də iqtisadi artımın 1% növbəti illərdə 2%-dən yuxarı olacağı proqnozlaşdırılıb.
"Hasilatın aşağı salınması ilə neft sektorunun 2,1% azalacağı, 2,5% qeyri-neft sektorunu artımı nəzərdə tutulub”.