"İçimizdəki yanğın": Xilasedici qadınları hamı görəcək




İzmir Böyükşəhər Bələdiyyəsinin xilasedici qadınları serial olur. Prodüserliyini "Limon Filmin" edəcəyi serialla əlaqədar detalları "Milliyyət" qəzetinin yazarı Ali Eyüboğlu açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ali Eyüboğlunun bu günkü yazısı İzmirin xilasedici qadınlarından bəhs edir:
- İzmir Böyükşəhər Bələdiyyəsinin xilasedici qadınları indiyə qədər yalnız haqqlarında yazılan xəbərlərlə tanınırdı. Zaman- zaman yazılı və vizual mətbuatın xüsusi xəbər etdiyi İzmirin qadın xilasedicilərini altı ay sonra ekranda hər həftə izləyəcək biləcəklər.
Çünki "Limon İstehsal"ın sahibi Hayri Arslan İzmir Böyükşəhər Bələdiyyəsində xilasedici olaraq çalışan 50 qadından ən maraqlı əhvalatları olanları serial qəhrəmanı edəcək. Hələlik kod adı "İçimizdəki yanğın" olan serialı FOX üçün çəkəcəyini ifadə edən Arslan, bu məqsədlə İzmir Böyükşəhər Bələdiyyəsindən lazımlı icazəni aldığını söyləyir. "Limon İstehsal"ın sahibi, beş xilasedici qadının gerçək həyatını, arxivlərdəki yanğın fayllarından yola çıxaraq olayları bir ssenariyə çevirəcəklərini bildirir.