İclasa gəlməyən deputatlar cərimələnəcək




Bu gün Rusiya Dövlət Duması plenar iclasları buraxan deputatlar üçün pul cəriməsi tətbiqini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirəcək.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, parlamentin bir plenar iclasını buraxan deputat aylıq əmək haqqısının 1/6 biri məbləğində cərimələnəcək.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında plenar iclaslar zamanı qeydiyyat gündə üç dəfə (10:00, 12:30 və 16:00) aparılır.

Deputat palatanın iclasında iştirakçı kimi sayılmaq üçün heç olmasa bir dəfə qeydiyyatdan keçməlidir.

Düzəlişlərə əsasən, deputatların nöqsanlarını palatanın Reqlament və İşlərin Təşkili Komitəsi aşkar edəcək.