İctimai mediada paylaşdığı şəkil 10 il həbs cəzasına səbəb oldu

Yol qəzasında bir nəfərin ölümünə, bir nəfərin də yaralanmasına səbəb olduğuna görə mühakimə olunan 25 yaşlı A. E 10 il həbs cəzazına məhkum edilib.
Məhkəmə, Eymenin Facebook hesabında paylaşdığı, 201 kilometr sürəti göstərən avtomobil cihazı və çarx qutusunun yanındakı viski və pivə şüşələri əks olunan şəkillərin hökmə təsir etdiyini ifadə edib. 
A. E. əvvəlki məhkəmədə həbsinin davamına qərar verilməsinə "Mən anamdan ayrı qaldım, sən də övladından ayrı qal" deyərək məhkəmə sədrinə qarğış etmiş, məhkəmə heyəti də şübhəli A. E. haqqında cinayət işi açmışdı. Şübhəli A. E., hadisə anında avtomobilini yüksək sürətlə idarə  etmədiyini, sosial şəbəkə hesablarından çıxardılan və 201 km sürəti göstərilən paylaşmasının ona aid olduğunu ifadə edərək, " Hesab mənə aiddir, amma mənim istifadə etdiyim avtomobilin göstəricisi deyil" deyə cavab vermişdi. A.E. "Yalnız paylaşdım, görüntülər mənə aid deyil" deyə cavab vermişdi.