İDDİA: "Terraktlar törədib sabitliyi pozmağa cəhd edəcəklər”
Turan
13:19 08.06.2021
Arxiv
650
“Təxribatlarda kənar qüvvələrin iştirakını da istisna etmirəm”
“Regionda sülhün yaranmasına maneçilik törədirlər”
“Xəritələri vermirlər, çünki erməni diversantları şantaj yolu ilə azad etdirmək məqsədi güdürlər”
“Son zamanlar ermənilərin sərhəddə törətdikləri təxribatların, ələlxüsusda Kəlbəcər rayonunda jurnalistlərin və mülki şəxslərin qətli ilə nəticələnən terror aktının bir neçə səbəbi var”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, 44 günlük müharibədə aldıqları biabırçı məğlubiyyətlə barışmaq istəməyən revanşist qüvvələr yeni müharibə çağırışları səsləndirirlər:
“Revanşistlərin əksəriyyəti xarici ağalarının, əsasən də dünya erməniliyinin tapşırıqlarını icra etməklə, regionda sülhün yaranmasına maneçilik törədirlər.
Digər səbəb isə Ermənistanda iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri ilə əlaqədardır. Seçkidə iştirak edən siyasi qüvvələrin bir-birinə qarşı sərhəd kompramatlarından istifadə etməsi mümkündür.
Regionda uzunmüddətli geosiyasi maraqlarını təmin etmək istəyən aktorların gizli “fəaliyyətini” də vurğulamaq lazımdır. Müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul etmək istəməyən həmin qüvvələrin fəallaşmasının səbəblərini bunda axtarmaq lazımdır”.
Parlament üzvü bəyan edib ki, erməni tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etməməklə müharibədən sonra Azərbaycana keçmiş diversantları şantaj yolu ilə azad etdirmək məqsədi güdür:
“Ermənistanda hökumət formalaşmamış, nizamlama prosesində hansısa ciddi addımların atılacağını düşünmək sadəlövhlükdür. Şübhə yox ki, genişmiqyaslı müharibə aparmaq üçün Ermənistanın nə iqtisadi gücü, nə də ordusu mövcuddur. Ancaq zaman-zaman terror aktlarını törətməklə sabitliyi pozmağa cəhd edəcəklər. Daim ayıq-sayıq olmalıyıq. Təxribatlarda kənar qüvvələrin iştirakını da istisna etmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm