İdmançımız son anda uduzdu, gözyaşını saxlaya bilmədi





"Bakı-2015» oyunlarının taekvando yarışlarının ikinci günündə kişi təmsilçimiz Ayxan Tağızadə slovakiyalı həmyaşıdı Pantar Jureni 11: 3 hesab ilə məğlub edərək adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi London Olimpiya Oyunlarının qalibi, Avropa və Dünya çempionu Joel Bonilla Qonzalez olacaq.
"sherg.az”ın Kristal Zala ezam olunmuş əməkdaşı Ayxanın oyundan sonra fikirlərini öyrənib. O bildrib ki, növbəti oyun çətin olacaq: "İspaniyalı rəqibim güclü idmançıdır. Lakin öz vətənimdə yarışdığıma görə, azarkeşlərin dəstəyi ilə, inşallah, qalib gələrək finala çıxaram”.
İdmançımız 1/2 final mərhələsində Rusiyalı həmkarı qarşılacağı təqdirdə bunu rövanş olaraq görür: "Çünki həmin idmançıya dünya çempionatında medal döyüşündə məğlub olmuşam”.
Qeyd edək ki, bu görüş saat 15:45-də Kristal Zal 3 zalında oynanılacaq.

Vüqar