İlahiyyatçı alim “hacı piyvəsi”ndən danışır - Olar ya olmaz ?

Elşad Miri: "İstehsalçı bunu normal pivə kimi istehsal edir, sadəcə üzərinə “alkaqolsuzdur” yazısı yerləşdirir"


"İnsanlar özləri bunu "Hacı piyvəsi” adlandırır, istehsalçılar isə bunu normal pivə kimi satışa çıxarır”.

Bunu Sherg.az-a üzərində "0 faiz spirt” olduğu göstərilən "Hacı pivəsi" barədə deyilənlərin doğru olmamasına münasibət bildirərkən ilahiyyatçı alim Elşad Miri deyib. 

O bildirib ki, istehsalçı bunu normal pivə kimi istehsal edir, sadəcə üzərinə "alkaqolsuzdur” yazısı yerləşdirir:

"Bəzi yerlərdə "alkaqolsuz” ifadəsinə görə,  icazə verilir ki, 0-0,5 faiz spirt daxil edilsin. Ona görə də 0,5 faiz spirt olduqda pivə alkaqolsuz sayılır. Ona görə də dindarlar, pivədən istifadə edən insanlar buna fikir verməlidirlər ki, hansı standartlarda həmin pivə istehsal olunur. Dinin qaydalarına riayət etmək istəyən insanlar bunu nəzərə alsınlar”.

Qeyd edək ki, "Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Belugin adıçəkilən pivənin bəzi proseslərdən sonra pivədə spirtin səviyyəsinin minimal həddə (0,5%-dən artıq olmamaqla) çatdığını bildirib.

Aysel Aslan