İlham Əliyev Qazaxıstanın parlament sədrini qəbul edib
17:09 25.04.2016
Arxiv
530
Prezident İlham Əliyev Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunaraq müasir böhranlı dövrdə Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğulayıb.
Dövlət başçısı bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumunun Bakıda keçirilməsi Azərbaycanın sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində görüşünü məmnunluqla xatırlayan prezident ilham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq ifadə edərək bunu Qazaxıstanın həm Forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı tədbirin maraqlı müzakirələrin aparılması və ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə