"İlin sonuna doğru iqtisadi göstəricilər bir qədər də yaxşılaşacaq" - Professor
14:11 10.07.2018
Arxiv
775
"2016-cı ilin dünya iqtisadi böhranının yaşatdığı çətinliklərdən sonra hökumətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başladı”.
Bunu "Sherg.az”a Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas haqqında danışarkən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov söyləyib.
O qeyd edib ki, 2017-ci il yaddaşlarda stabilləşmə ili kimi qaldı:
"Həmin ilin sonlarına yaxın və 2018-ci ilin əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ilin yüksəliş ili olacağını bir neçə dəfə bəyan etdi. Belə də oldu. 2018-ci ilin birinci yarısı artıq geridədir və biz real sektorda çox yaxşı nəticələr əldə edildiyini görürük. İqtisadi dirçəliş səviyyəmiz bizə büdcəmizi dəyişərək onun gəlir və xərclərini artıra bilmək imkanları verdi. Büdcədən əlavə xərclərin həyata keçirilməsi nəticə etibarilə iqtisadiyyatın inkişaf sürətini bir qədər də artırmağa şərait yaradır. Bu gün ölkənin bütün bölgələrində tikinti-quraşdırma işləri görülür.
Tikinti iqtisadi dirçəlişin ən əsas göstəricilərindən biridir. Ötən dövr ərzində real sektorda ümumi artım 2 faiz təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz arta bildi. Bunlar yaxşı göstəricilərdir. Hesab edirəm ki, ilin sonuna doğru iqtisadi göstəricilər bir qədər də yaxşılaşacaq. Hesabat dövründə ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar çatdı. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması deməkdir.
Yarım ildə əldə olunan bu uğurların kökündə ölkə Prezidentinin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə formalaşdırılmış əlverişli biznes mühitinin rolu əvəzedilməzdir. Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə investisiya mühiti normal olduqda addım atır. Azərbaycanda bu gün biznes mühit olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev iclasda çıxışı zamanı 2018-ci ilin birinci yarısında qarşıya qoyulmuş bütün vəzifələrin icra edildiyini söyləyib. Prezident bildirib ki, Azərbaycan öz dinamik inkişaf templərini saxlayır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat