İlyas İsmayılovun oğlu İstanbulda qətlə yetirilib

Türkiyədə azərbaycanlı iş adamı Etimad İsmayılov qətlə yetirilib.
Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə İstanbulda baş verib. Biznesmen  Floryadakı ofisində silahlı hücuma məruz qalıb.
Başından və ürəyindən güllə yarası alan E.İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.
Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.