İmamoğlu Binəli Yıldırımın yanına getdi: "Bir az daha dursaydı, onu qucaqlayacaqdım"





 Türkiyənin 8-ci prezidenti Turqut Özalın anım mərasimi üçün məzarlığa gedən İstanbul bələdiyyəsinin iki rəqib namizədi - Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında sürpriz görüş olub. 
Binəli Yıldırım məzarlıqdan ayrılan zaman Əkrəm İmamoğlu mərasim yerinə gəlib. O, həmin an vətəndaşlarla söhbət edən Yıldırıma yaxınlaşıb.(mia.az)

Bununla bağlı jurnalistlərə açıqlama verən İmamoğlu deyib ki, Binəli Yıldırımı görən kimi maşınından enib: 

"Düşüb yanına getdim, əlini sıxdım. Bir az daha dursaydı, onu qucaqlayacaqdım da. Çünki millətin bu qucaqlaşmaya ehtiyacı var".