İnək və öküzlərin gözəllik müsabiqəsi...

Qalib inəyin sahibi təxminən 3600 dollar pul qazanıb
Həftəsonu Hindistanın şimalında yerləşən Rohtak şəhərində keçirilmiş nadir gözəllik yarışında yüzlərlə inək və öküz iştirak edib.
Tədbirdə iştirak edən 600-dən çox inək və öküz arasından seçilən qalib inəyin sahibi təxminən 3600 dollar pul qazanıb. Haryana ştatının müxtəlif rayonlarından olan fermerlər öz heyvanlarını müsabiqəyə gətiriblər. (Pahoo.az) Öküzlərə ölçüləri və buynuzlarının görünüşünə görə qiymət verilib. İnəklər isə ümumi görünüş və südvericilik qabiliyyətinə görə qiymətləndirilib. Haryananın kənd təsərrüfatı naziri qalib inəyin sahibinə mükafatı təqdim edib. Selfie üçünsə həmişə vaxt var. Baytarlığın Tədqiqi Beynəlxalq İnstitutunun tələbələri qaliblə şəkil çəkdiriblər.