İnquşetiyada polisə hücum: ölən və yaralananlar var




İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücumdan sonra antiterror əməliyyatı rejimi tətbiq edilib.
APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Nazran rayonunun Yandare yaşayış məntəqəsində terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb. Hadisə nəticəsində üç polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib.
Son məlumatlara görə, blok-posta hücumda 4 nəfər iştirak edib. Hazırda silahlıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.