İnsanlar gözləri ilə gördükləri heyvanın ətini almaq istəyir
08:31 31.10.2017
Arxiv
640
Baytarlar rüşvət alırlar, işlərə ciddi nəzarət etmirlər
Dünən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə paytaxtın Xətai və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.
Reyd zamanı bir neçə mağaza sahibi baytarlıq haqqında qanunvericiliyin tələblərini pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Maraqlıdır, bu cür inzibati cəzaların tətbiqi ölkəmizdə ət satışı sahəsində olan mənfi halların aradan qalxmasına şərait yarada bilərmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında bildirib ki, müvafiq cəzaların tətbiqi neqativ halların qarşısını almağa köməklik göstərməyəcək:
"Çünki əhalinin gözləri ilə gördüyü heyvan ətini almağa tələbatı var. Tələb və təklif bazarın əsas aksiomudur. Sovet hökuməti "kubinka” deyilən yerdə yüzlərlə adamı həbs etdi, lakin təhlükəli satışın qarşısını ala bilmədi. Çünki tələb var idi.
Belə bir sual ortaya çıxır ki "nə üçün əhalinin gözləri ilə gördüyü heyvan ətini almaq tələbi var?”. Cavab budur-Azərbaycan istehlakçılarının, alıcılarının baytarlara inamı yoxdur. Yəni, baytarlar rüşvət alırlar, işlərə ciddi nəzarət etmirlər. Əhalidə baytarlara inam olsa, gedib marketdən həmin qiymətə hazır ət alar. "8-ci kilometr” bazarı müxtəlif murdar ətlərin satıldığı bir şəbəkə yeridir. Əhali girib görür ki, yüzlərlə cəmdəyin üstünə baytar möhür vurub-guya ekspertiza aparılıb. Bu yalançı hərəkətləri camaat görür və qiymətləndirir.
Ona görə də gözləri ilə gördükləri heyvanı almaq istəyirlər. İnzibati yolla bu işə son qoymaq mümkün olmayacaq. Çünki dövlət orqanları arasında bu iş üçün vahid bir siyasət yoxdur. Məsələn, Baytarqlıq komitəsi bu sahədə xoşagəlməz hal olan zaman gedib 200 manat cərimə edir. Ən mükəmməl işi isə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi görür. Onlar buna hüquqi qiymət verir, cinayət işi qaldırılır, laboratoriyalar göndərilir. Düşünürəm ki, bu kimi məsələlər DİN-ə həvalə olunsa, onlar qanun və qayda yaradarlar. Hətta baytarları lazımi səviyyədə ekspertiza aparıb, sertifkatlaşmaya məcbur edərlər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual