
"İnsanlar PENSİYA almaq fikrindən daşınır" - Şərtlər qəlizdir
15:00 13.11.2017
Arxiv
777
Rəşad Həsənov:"Azərbaycanda pensiya almaq hüququ olmayan insanlar kütləsi yaranmağa başlayacaq""Minimum pensiya kapitalı ləğv edilməlidir. Çünki kəndlilərin bu kapitalı ödəməsi mümkün deyil"
"Əmək pensiyası haqqında qanuna edilən son dəyişikliklər iyul ayının 1-dən qüvvəyə minib”.
Bu barədə "Sherg.az”a iqtisadçı - ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, yeni qaydalara görə, vətəndaşa üç halda yaşa görə əmək pensiyası verilə bilər:
"İlk növbədə vətəndaş minimum kapital öhdəliyini yerinə yetirməlidir. Yəni 2017-ci ili qiymətləndirsək, vətəndaşın sığorta hesabında 15 min 800 manat pul yığılıb. Bu məbləğin hesablanma mexanizmi odur ki, Azərbaycanda orta pensiya ödənişi müddəti 144 ay hesab olunub. Minimum aylıq pensiyanın həcmi isə 110 manatdır. 110 vurulsun 144, 15 min 800 manata bərabər olur. Bu pul vətəndaşın hesabında varsa və 63,5 yaş tamamlanıbsa, pensiya almaq hüququ əldə edir.

İkinci tələb isə fərqlidir. Əgər vətəndaşın hesabında bu məbləğ toplanmayıbsa, o zaman pensiya almaq hüququ 25 il staj təklif etməklə yaranır. Bu da olmasa vətəndaş pensiyaçı sayılmır.
Bu iki tələbi yerinə yetirə bilməyən insanlar isə sadəcə 110 manat pensiya alır, artıq deyil.
Üçüncü şərt də ortaya qoyulub ki, imkanın varsa, birdəfəlik könüllü sığorta hesabına ödəniş et. Bu zaman minimum 110 manat pensiya təmin edilə bilər. Belə halda ortaya çıxan problemlər odur ki, insanlara, xüsusilə regionda yaşayanlara əksərən iri məbləğdə vəsait lazım olur. Onlara 7-8 min ödəniş verilməsi deyilir.
Çünki onların sığorta hesabında yığılan məbləğ təxmini 5-6 min olur. Əksəriyyət torpaq mülkiyyətçisi kimi sığorta ödəyənlərdir. Onlar isə ya pulu vermək istəmir, ya da o pulu verməyə imkanı yoxdur. Ona görə, növbəti illərdə Azərbaycanda pensiya almaq hüququ olmayan insanlar kütləsi yaranmağa başlayacaq. Sözügedən vəziyyət daha çox regionlarda özünü göstərəcək. Bu, yeni pensiya dəyişikliklərinin nəticələridir”.
R.Həsənov yaranacaq problemin aradan qaldırılması üçün təkliflərini irəli sürüb:
"Yeni dəyişikliklərin mənfi nəticələri aradan qaldırmaq üçün bu şərtlərin bəzilərinin dəyişdirilməsini təklif edirik. 25 il minimum staj qoyulursa, bu, bir il, bir il artırılmalıdır. Yəni keçən ilə qədər 12 il idi, bu il 13 il olsun, gələn il 14 il olsun və 2029-cu ildə 25 ilə çatsın. Çünki insanlar bu gün düşünsün ki, pensiya olmaq üçün sahibkardan xahiş etsin, sahibkar hansısa formada sığorta hesabı, stajla bağlı şərait yaratsın.
Torpaq mülkiyyətçiləri üçün qaydalar dəyişdirilməlidir. Ümumiyyətlə, minimum pensiya kapitalı ləğv edilməlidir. Çünki kəndlilərin bu kapitalı ödəməsi mümkün deyil.
Kəndliyə qoyulan 25 il staj tələbi dəyişdirilməlidir. Çünki kəndli işləməlidir. Axı kəndlilər bu şərtləri indiyə qədər etməyiblər. Azərbaycan cəmi 25 ildir müstəqildir. Bəzi insanlar var ki, 2000-ci illərin əvvəllərində torpaqlar alıb. Ən yaxşı halda torpaq mülkiyyətçisi 10 ildir sığorta ödəyir, 25 il staj haradan almalıdır?
Bu şərtlərin heç birini yerinə yetirə bilməyən şəxslərə minimum pensiya verilməlidir. Sığorta ödənişi və pensiya şərtləri, bunun hesablanması o qədər qəliz olur ki, insanlar artıq pensiya almaq fikrindən daşınır. Nəticədə sığorta ödəyən və pensiya almaq istəyən şəxslər azalacaq”.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə