İnsanlar təşvişə düşdü

Sahili “yadplanetlilərmi” basdı




İngiltərənin cənub-qərb sahillərini bu denizanaları basdı. Qumluqları örtən yüzlərlə denizanası ətraf sakinlərini təşvişə saldı. Bənzəri görünməmiş mənzərə elmi fantastik filmləri xadırladır.

İngilis mətbuatı tərəfindən "Britanya sahillərini yadplanetlilər zəbt etdi” başlığıyla verilən xəbərə görə Cefn Sidan və Dawlish Warren qumluqları denizanalarıyla sanki yuyundu. Denizanalarından nümunə götürülmək istənsə də, insanlara bir zərəri olmadığına baxmayaraq gicitkən otunun verdiyi acı və yanma hissinə yaxın bir ağrı buraxacağı üçün denizanalarıyla təmas edilməməsi tövsiyə edildi. Sahilə gələnlər qumluqları bir fantastik səhnəyə bənzətdi. Mütəxəssislər tərəfindən qətiliklə zərərsiz olduğu ifadə edilən bu qapaqlı denizanaları vəhşi həyatın ən maraqlı nümunələrindən biridir. Denizanalarının bu dərəcə artmasının səbəbi isə bu qış mövsümündə qidalanması üçün plankton tapa bilmələri göstərildi.