“Kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq”
İnsanları harama sövq edirlər
20:36 04.07.2016
Arxiv
1103
Dindarlar “spirtsiz araq”dan uzaq durmağa çağırır
“Kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq”
“Kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq”
Rusiyada müsəlman əhalisi üçün "spirtsiz araq” istehsal olunacaq. Məlumata görə, "Hacı arağı” adlandırılan içki şüşəsinin üzərində spirtin miqdarı "0” olaraq göstərilir. Bu içki müsəlman müştərilərə təklif olunur. Rusiyanın bu addımı Ukraynada da həyata keçirilir. Artıq Ukraynada da "spirtsiz araq” istehsalına başlanılıb.
Xatırladaq ki, hazırda bir çox müsəlman ölkələrində "hacı pivəsi” adı ilə içkilərin satışına rəsmi icazə verilir. Bu arada qeyd edək ki, "həci arağına” ilk olaraq Qafqaz Müsəlmanları İdarəsi reaksiya verib. Qurum insanları "spirtsiz arağ”a aldanmamağa çağırıb. QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Rusiyanın məlum addımını məqbul saymayıb: "Əvvəl spirtsiz pivə istehsal etdilər, indi də spirtsiz araq. Özləri bilər, yəni bu Rusiyanın öz işi, öz problemidir. Amma hər halda hesab edirəm ki, bu, məqbul fakt deyil. Onun tərkibində spirt olmayacağı bəlli deyil. Çünki həmin arağın hazırlanması üçün mütləq ora spirt qatılacaq. İnanmıram ki, Rusiya tam spirtsiz araq istehsal etsin. Kim yoxlayacaq, kim buna təminat verəcək ki, tərkibində spirt yoxdur? Əvvəla arağın adı var. Yəni içən bilir ki, araq içirsən. Daha spirtli, ya spirtsiz, bunun nə fərqi olacaq?”.
İlahiyyatçı-alim Elşad Miri də söyləyib ki, Allah insanları spirtli içkidən çəkindirir. Ona yaxınlaşmayın deyir. Amma insanlar başqa adla yaxınlaşmağa çalışırlar: "Əvvəl spirtsiz pivə, çaxır, şampan çıxartdılar, deyəsən, indi də növbə arağa çatıb. Bu nə dərəcədə mümkündür, bu haqda heç nə deyə bilmirəm. Ümumiyyətlə, müsəlmanların belə şeylərdən çəkinməyi daha yaxşıdır. Bu içkiləri içməkdə məqsəd nədir? Hesab edirəm ki, onların tərkibində spirt olmasa belə, spirtliyə öyrəşdirə biləcək bir mahiyyət var. Ona görə də, belə şeylərdən uzaq olmaq yaxşıdır. Yəni konkret olaraq spirtli içki içmək haramdırsa, insanları o yola aparan amilləri də islam dini qadağa eləyib. Düzdü, tərkibində spirt olmayan bir məhsula kimsə haram deyə bilməz. Amma kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq. Ona görə də, belə işlər insanları harama sürükləyən, həvəsləndirən məsələlərdir. Digər yandan spirtliliyi sıfır olan bir şeyə haram demək də doğru deyil. Amma belə məsələlər insanları harama sövq edir. Bu gün Azərbaycana sıfır faizli pivə gətirilirsə, sabah sıfır faizli araq da gətiriləcək. Buna qadağa yoxdur”.
Hacı Atif İsmayılov da "Hacı arağı”nı xoş qarşılamayıb. O vurğulayıb ki, "hacı pivəsi” və "hacı arağı” islami dəyərlərə xələl gətirmək məqsədilə ortaya atılıb: "Sadəcə, spirtli və ya spirtsiz içkilər var. Spirtli içkilər bütün müsəlmanlar üçün qadağandır. İslam spirtli içkiləri hacıya və qeyri-hacıya bölmür. Spirtli içkinin qadağası Allah tərəfindən ümumi hökmdür. Bir daha söyləyirəm ki, bütün bunlar islamı gözdən salmağa yönəlmiş addımlardır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol