İntiqam Yaşarla Özbəkistan Gənclər İttifaqında görüş
16:51 24.04.2019
Arxiv
692
Hazırda Özbəkistanda səfərdə olan Dünya Gənc Türk Yazarlar Birliyinin məclis başqanı İntiqam Yaşarla Özbəkistan Gənclər İttifaqında görüş keçirilib.
Gənc yazarların, tələbələrin, şagirdlərin, Özbəkistan Gənclər İttifaqı könullülərinin də iştirak etdiyi görüşdə çıxış edən İntiqam Yaşar iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğularaq bundan sonra da gənclərin, əbəbiyyatyönümli təşkilatların fəaliyyəti nəticəsində bu əlaqələrin daha da genişlənəcəyinə inandığını bildirib.
Şair Özbəkistan oxucularına şeirlərini oxuyub və yerli telekanallara, digər kütləvi informasiya vasitələrinə təəssürratlarını bölüşüb, görüləcək işlərdən danışıb.
Görüşün təşkilatçısı Özbəkistanın Gənc Yaradıcılar Birliyi Başqanı Mehrinaz Abbasova cəmiyyətlərdə kitabın önəmindən, iki ölkə ədəbi gəncliyinin müasir çevik informasiya mühitinin verdiyi imkanlardan yararlanaraq çox önəmli işlər gördüyünü nəzərə çatdırıb. Bu cür görüşlərin ədəbi mühitin canlanmasında önəmindən danışıb.
Görüşdə Özbəkistanın xalq artisti Lütfülla Sədullayev, Özbəkistan Gənclər İttifaqının mənəviyyat məsələləri bölməsinin başqanı Rəsulcan Kərimov çıxışlarında sözün, ədəbiyyatın cəmiyyətdə önəmindən, xalqlar arasında mənəvi bağların möhkəmlənməsinə müstəsna xidmətindən danışıblar.
Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin və Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Çağdaş Özbək şeir antologiyası" (Özbək şeir gül çənbəri) nəşr edilmişdir. Habelə, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının Başqanı Əkbər Qoşalı ötən il və bu il qardaş ölkədə səfərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişdir. Eyni zamanda, DGTYB Məsləhət Şurasının üzvü Elşən Əzim bu il "Dünya şair yazıçı və rəssamlarının rezidensiyası” adlı beynəlxalq tədbirdə iştirak üçün qardaş ölkədə olmuş, ötən il isə təşkilatın məclis üzvü Tural Turan və İntiqam Yaşar "Səmərqənd şeir axşamları" ədəbiyyat günlərində iştirak ediblər.
Dünya Gənc Türk Yazarlar Biiyinin Məclis başkanının Özbəkistana səfəri Azərbaycan Gənclər və İdman Nazirliyinin və Ôzbəkistanın "Kitab dünyası" qəzetinin dəstəyi ilə baş tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil