"İqtisadiyyatımıza dair beynəlxalq proqnozlar özünü doğrultdu”
09:43 01.05.2019
Arxiv
897
"2018-ci ildən etibarən dünya iqtisadiyyatında baş verən böhran hər bir dövləti iqtisadi əməkdaşlığın yeni formatını axtarmağa sövq etdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Deputat vurğulayıb ki, Ümumi Daxili Məhsulun artım tempinin zəifləməsi, əməkdarlığın aşağı düşməsi, inflyasiyanın artması kimi risklər iqtisadiyyatın yeni modelinin tapılmasını və islahatların artırılmasını şərtləndirirdi:
"2016-cı ildən sonra Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə islahatlara start verilməsi iki mühüm istiqamətə yönəlmişdi. Birincisi, iqtisadiyyatın stabilləşməsi, ikincisi isə sürətli inkişafa nail olmaq. 2018-ci ildən etibarən islahatların sürətlənməsi hədəfinə çatdıq. Bütün makroiqtisadi göstəricilər üzrə Azərbaycan iqtisadiyyatı sabitləşdi, inflyasiya aşağı düşdü. Həmin dövrdən başlayaraq həyata keçirən islahatlar növbəti ildə iqtisadiyyatın sürətli inkişafına səbəb oldu. Beynəlxalq təşkilatların ölkə iqtisadiyyatı üçün verdiyi proqnozlar da özünü doğrultdu. Beynəlxalq Valyuta Fondunun 2019-cu il üçün Azərbaycan iqtisadiyyatında artım tempinin 3.4 faiz olacağı ilə bağlı proqnozu dəfələrlə təsdiqləndi”.
Parlament üzvü bildirib ki, Azərbaycandakı islahatları mühüm və güclü edən məqam dünyada baş verən proseslərin çox düzgün analiz edilməsidir:
"Digər məsələ isə islahatların birbaşa Prezident tərəfindən aparılması və güclü siyasi iradənin olmasıdır. Keçən illə müqayisədə Azərbaycanda istehsalın həcmi 530 milyon manat artıb. Sənaye və neft sənayesində bu dövr ərzində 485 milyon manat artım olub. Qeyri-neft sənayesində 350 milyon manat artım müşahidə olunub. Əhalinin nominal gəlirlərində 650 milyon manat yüksəlmə baş verib. 2019-cu ilin 1-ci rübündə regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz çox olub.
Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların həcmi daha böyük həcmdə 40,4 faiz artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1 faizə yüksəlib. Bütün bu rəqəmlər deməyə əsas verir ki, ilin birinci rübündə iqtisadiyyatda bu dərəcədə artım keçən illər ərzində qoyulmuş islahatların nəticəsidir.
Xatırladım ki, 2018-c ildə Azərbaycan dünyada ən çox islahat aparan ölkə elan olunub. Biz islahatların nəticəsini ilin birinci rübündə gördük. Şübhə yoxdur ki, Azərbaycanın iqtisadi nəticələri növbəti illərdə daha çox olacaq. Çünki birinci rübdə cənab Prezidentin təşəbbüsü ilə atılan sosial addımlar növbəti mərhələdə iqtisadiyyatın artımını təmin edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət