"İran Ermənistana "süni nəfəs" də verir"- Təşkilat sədri
13:28 29.03.2017
Arxiv
680
"Biz Dağlıq Qarabağ münaqişəsini dövlət olaraq özümüz həll etməliyik. Tehrandan və Moskvadan müsbət addım gözləmək lazım deyil”.
Bunu Sherg.az-a iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.
O bildirib ki, İranın ermənipərəst mövqeyi bu cür arzuolunmaz halların yaşanmasına şərait yaradır:
"Bir müddət öncə həm İrəvan, həm də Tehran tərəfindən açıqlama səsləndi ki, farslarla ermənilərin əcdadları eynidir. Onlar bunu rəsmi şəkildə bəyan etdilər.
İran daim Ermənistanın yanındadır. Bu dövlətə həmişə iqtisadi, siyasi dəstək olur, lazım olanda hətta "süni nəfəs” də verir. Son hadisə isə İranın təşkil etdiyi bir qədər mədəni təxribat kampaniyasıdır. Bu onların xislətindən irəli gələn məsələdir.
Mədəniyyət və Turizm Nazirliyinin bu problemlə bağlı açıqlaması normal qəbul olunmalıdır. Lakin biz özümüz torpaqlarımızı işğaldan azad etməli, zəfər bayramına isə hansı musiqiçini dəvət edəcəyimizə qərar verməliyik. Bunu edə bilmiriksə, digər dövlətlərin addımlarına münasibətimiz də söz olaraq qalacaq. Qələbəni təmin edərək, Xankəndinə getməli, orada qonaqlarımızı qəbul etməliyik. Bunları etmədikcə, nazirliyinin münasibəti də hər hansı bir təşkilatın, qurumun münasibəti biçimində qalacaq. Bu elə ciddi problemlərdir ki, münasibət bildirməklə yanaşı həm də konkret fəaliyyət göstərmək lazımdır”.
Qeyd edək ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib. Nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb.
Xatırladaq ki, Meysam Hodratın Dağlıq Qarabağda konserti martın 27-də baş tutub. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial