İran kosmosa ikinci meymunu göndərib
10:42 14.12.2013
Arxiv
977
“Fərqam” adlı meymunun sağ-salamat Yerə qayıtdığı barədə xəbər var
İran kosmosa ikinci meymunu göndərib.
APA-nın məlumatına görə, İran prezidentinin saytında raketin uğurla buraxıldığı və "Fərqam” adlı meymunun sağ-salamat Yerə qayıtdığı barədə xəbər yerləşdirilib.
Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq raketin buraxılması üçün maye yanacaqdan istifadə olunub. İRNA agentliyinin məlumatına görə, raket şənbə günü kosmosa göndərilib və 15 dəqiqə ərzində Yer kürəsindən 120 kilometr aralıqda uçub. Uçuşun digər detalları barədə məlumat verilmir.
Qeyd edək ki, 2013-cü ilin yanvarında İran ilk dəfə olaraq kosmosa meymun göndərib. "Pişqam” adlı meymun raketlə 120 kilometrlik hündürlüyə göndərilib və uğurla Yer kürəsinə dönüb. 2013-cü ilin sentyabrında İran bəyan edib ki, kosmosa göndəriləcək növbəti heyvan fars pişiyi olacaq. Bundan əvvəl isə İran kosmosa tısbağa, qurdlar və siçovulu göndərib.
2021-ci ildə İran kosmosa öz astronavtını göndərməyə planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya