İran müdafiə naziri: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
12:01 15.04.2014
Arxiv
567
"İranla Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin tarixi və dini bağlılıqları var”.
APA-nın "Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan Tehranda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, regional məsələlərlə bağlı İranla Azərbaycanın mövqeləri üst-üstə düşür: "Biz görüş zamanı hərbi, təhlükəsizlik, siyasi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Məmnuniyyətlə deyə bilərəm ki, fikrimiz eynidir”.
H.Dehqan həmçinin Azərbaycan hökumətinə və xalqına İranın nüvə məsələsi ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirib.
Qarabağ nizamlanmasına gəlincə, iranlı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladıb.
H.Dehqan qeyd edib ki, Azərbaycan prezidentinin İrana son səfəri ilə iki ölkə arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: "Ölkərimizin qonşu olması müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaradır”.
Bölgədəki radikal qüvvələrin İran-Azərbaycan əlaqələrinə qarşı olduğunu deyən İranın müdafiə naziri təxribatlara uymamağın vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi