İran Prezidenti: ABŞ-ın sanksiyalarının təsiri müvəqqəti olacaq
13:48 31.10.2018
Arxiv
646
ABŞ-ın İrana qarşı sanksiyalarının təsiri müvəqqəti olacaq.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"ABŞ-ın İran neftini hədəf alan yeni sanksiyalar paketi ilə əlaqədar xalqımız daha bir neçə ay çətin iqtisadi vəziyyətlə qarşı-qarşıya qalacaq. Lakin sanksiyaların təsiri müvəqqəti olacaq”, - deyə Həsən Ruhani bildirib.
"Ötən bir neçə ayın xalqımız üçün çətin olduğunu bilirəm. Qarşıdakı aylar da çətin ola bilər. Ancaq hökumət bu problemləri azaltmaq üçün bütün gücündən istifadə edir. Əvvəllər İranın neft ixracını sıfıra endirəcəklərini söyləyirdilər. Daha sonra bunun mümkün olmadığını gördülər və İranın neft ixracını azaltmaq istədiklərini bildirdilər. İran nefti ilə bağlı heç bir hədəfə nail ola bilməyəcəklər. Asiya, Avropa və digər qitələrdəki böyük ölkələrin bir çoxu İranın yanında olacaqlarını açıqladılar”, - deyə Həsən Ruhani əlavə edib.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının birinci mərhələsi avqustun 7-də qüvvəyə minib. Birləşmiş Ştatlar noyabrın 4-dən etibarən isə İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət