İran: Sənaye və Nəqliyyat nazirləri istefaya göndərildi - Yeni təyinatlar





Bu gün İran prezidenti Həsən Ruhani İranın sənaye naziri Məhəmməd Şariatmadari və nəqliyyat naziri Abbas Axundinin istefasını qəbul edib. 

"Sherg.az" "Le figaro.fr"ə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi internet səhifəsində məlumat yayılıb. Xəbərdə deyilir ki, istefaya gedən nazirlərin yerinə təyinat olub. M.Şariatmadarinin əvəzinə onun müavini Rza Rəhmani təyin edilib. Mazandaran rayonunun (şimal) qubernatoru Məhəmməd Eslami isə Nəqliyyat Nazirliyinə rəhbərlik edəcək.

Qeyd edək ki, bu iki nazirin istefası bir ay əvvəldən elan edilmişdi, İran parlamentariləri də onlara etimad göstəmədiklərini bəyan etmişdilər.

M.Şariatmadarinin istefasının təxirə salınması ilə bağlı şayiələr sentyabr ayının ortalarında yayılmağa balamışdı, lakin həmin vaxt onun rəhbərlik etdiyi qurum bu məlumatı təkzib etdi.
A.Axundi isə sentyabrın 1-də yazdığı istefa ərzəsinə heç bir əlavə etmədən prezidentə təqdim edib.

Tərcümə etdi: Ayyət Əhməd