İran XİN başçısı Çin, Rusiya və Belçikaya səfər edəcək - Gərgin müzakirə





Bu gün axşam İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin, Rusiya və Belçikaya səfər edəcək.

"Sherg.az" "L'Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə nazirin sözçüsü bildirib. Məlumata görə, səfərin məqsədi ABŞ-ın İranın nüvə razılaşmasından çıxmasından sonra məlum nüvə razılaşmasını saxlamaq yollarını müzakirə etmək məqsədi daşıyır.

Xəbərdə o da deyilir ki, M.Zərifi İranın iqtisadi sahə ilə bağlı səlahiyyətliləri müşayiət edəcək.

Tərcümə etdi: Ayyət Əhməd