İranda DƏHŞƏT: həkimin ucbatından QİÇS yayıldı
11:16 06.10.2019
Arxiv
568
İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərinin Çinar Mahmud kənd sakinləri etiraz aksiyası keçirib.
APA -nın Tehran bürosunun məlumatına görə, kənd sakinləri Səhiyyə Nazirliyinin Lordeqan şəhər şöbəsi və icra aparatı qarşısında toplaşıb.
Sakinlər kənddə əhaliyə xidmət göstərən həkimlərin qan analizi və diabet yoxlanışları zaman yoluxucu xəstəliklərin viruslarının bulaşdığı şprislərdən istifadə edildiyini və nəticədə insanların QİÇS-ə yoluxduğunu bildirirlər. Hələlik kənddə yoluxmuş şəxslərin sayı tam müəyyənləşməsə də, İran parlamentinin Səhiyyə komissiyasının üzvlərindən biri 26 nəfərin QİÇS-ə yoluxduğunu söyləyib. Aksiya iştirakçıları məsul şəxslərdən məsələyə aydınlıq gətirməsini, xəstəliyə yoluxmuş şəxslərin dövlət tərəfindən müalicəsinin təmin olunmasını tələb edirlər.
İranın Səhiyyə Nazirliyi bu iddianı şayiə adlandırıb və əsassız olduğunu bəyan edib. Bununla belə, İran Səhiyyə naziri Səid Nəməki ötən gün kənd əhalisinə müraciət edib. Nazir hazırda mütəxəssislərin hadisə yerində olduğunu, analizlər götürüldüyünü qeyd edib “Çalışırıq Çinar Mahmudi bölgəsində sabitliyi təmin edək. Xəstəliyə yoluxmuş şəxslərin müalicə xərcləri alınmayacaq və müalicə xidmətləri pulsuz göstəriləcək”.
Çinar Mahmudi kəndidə QÇİS xəstəliyinə yoluxanların sayı və bu xəstəliyin səbəblərinə gəlincə, S.Nəməki deyib ki, xəstəliyin yayılma səbəbləri ilə əlaqədar ekspertlər araşdırma apardıqdan sonra lazımi məlumat xalqa çatdırılacaq. Eləcə də QÇİS-ə yoluxmuş xəstələrin sayı ilə bağlı da ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət