Bu, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların birinci mərhələsidir. 90 gün davam edəcək ilk mərhələdən sonra noyabr ayının 5-də ikinci mərhələ başlayacaq. 180 gün davam edəcək sanksiyaların ikinci mərhələsi isə daha ciddi problemlər gətirə bilər. Ona görə ki, bu sanksiya İranın neft-qaz sektoruna tətbiq ediləcək. Bu addımlar İran hakimiyyətinin ciddi problemlə üzləşməsinə gətirib çıxaracaq. Böhranın dərinləşməsi İranın daxilində sosial, iqtisadi problemlərin artmasına, narazılığın güclənməsinə təsir edəcək. Etirazların əsas hədəfi hökumət, onun iqtisadi problemləri həll edə bilməməsidir. Bununla bağlı ölkə rəhbəri Həsən Ruhani parlamentə dəvət olunub ki, hesabat versin. O, bu məsələni öhdəsinə götürüb. Ümumilikdə, hesab edirəm ki, İranda baş qaldıran etiraz aksiyaları hələ başlanğıcdır”.
"İranda Ruhaninin başçılıq etdiyi hökumət istefaya gedə bilər" - Proqnoz
11:18 08.08.2018
Arxiv
740
"Etiraz aksiyaları səbəbindən hansısa dövlət dağılacaqsa, deməli, bu dövlətin təməlləri yoxdur”.
Bunu "Sherg.az”a İranda baş qaldıran aksiyaların nəticələrindən danışarkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
O bildirib ki, İranda inflyasiya baş alıb gedir, dollar gündən-günə yüksəlir. Buna təsir edən əsas amil xaricdən gəlir və başında ABŞ dayanır:
"Vəziyyətin bu yerə gəlib çatmasında əsas rolu İrandakı mövcud hakimiyyət oynayıb.
İrandakı proseslərin Üçüncü Dünya Müharibəsinə səbəb olacağı ağılabatan deyil. İrana qarşı iqtisadi sanksiyalar davam edəcək. Bu ölkədə hökumət böhranı yarana bilər. Həsən Ruhaninin başçılıq etdiyi hökumət istefaya gedə bilər, ciddi dəyişikliklər baş verər. Artıq İranda milli valyuta ilə bağlı məsələdə Mərkəzi Bankın direktoru işdən çıxarılıb. İranın milli valyutası olan rialın dəyərdən düşməsinin qarşısını almaq üçün bazara müdaxilə olunub. Amma tənzimləmə uzun müddət tab gətirməyəcək və bu ölkədə milli valyutanın ucuzlaşması ehtimalı davam edir. Çünki bunu yaradan səbəb hakimiyyətin mövqeyinin dəyişməməsidir.
Bu, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların birinci mərhələsidir. 90 gün davam edəcək ilk mərhələdən sonra noyabr ayının 5-də ikinci mərhələ başlayacaq. 180 gün davam edəcək sanksiyaların ikinci mərhələsi isə daha ciddi problemlər gətirə bilər. Ona görə ki, bu sanksiya İranın neft-qaz sektoruna tətbiq ediləcək. Bu addımlar İran hakimiyyətinin ciddi problemlə üzləşməsinə gətirib çıxaracaq. Böhranın dərinləşməsi İranın daxilində sosial, iqtisadi problemlərin artmasına, narazılığın güclənməsinə təsir edəcək. Etirazların əsas hədəfi hökumət, onun iqtisadi problemləri həll edə bilməməsidir. Bununla bağlı ölkə rəhbəri Həsən Ruhani parlamentə dəvət olunub ki, hesabat versin. O, bu məsələni öhdəsinə götürüb. Ümumilikdə, hesab edirəm ki, İranda baş qaldıran etiraz aksiyaları hələ başlanğıcdır”.Qeyd edək ki, İranın Məşhəd, Şiraz, İsfahan və Qum şəhərlərində iqtisadi problemlərə görə davam edən etiraz aksiyalarında bir nəfərin silahlı hücum nəticəsində həyatını itirməsi küçələrdə gərginliyi artırıb. Ölkənin müxtəlif bölgələrində şirkət və fabriklərdə etiraz aksiyalarının keçiriləcəyi istisna edilmir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm