İranda zəlzələ nəticəsində ölənlərin sayı 328-ə çatıb, 2500 yaralı var
11:54 13.11.2017
Arxiv
417
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. 70 min iranlı evsiz qalıb.
İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.
X X X
09:17
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb.
Trend-in məlumatına görə, bu rəqəm İranın Press TV telekanalında səsləndirilib.
Yaralıların sayı isə 1680-i ötüb.
İraqın şimalında isə təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 200-dən çox yaralı var.
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.
X X X
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı 164-ə çatıb.
Bu barədə Trend İranın Press TV telekanalına istinadən məlumat verir.
X X X
07:29
İraqla sərhəddə baş vermiş zəlzələ nəticəsində İranda 141 nəfər həlak olub, mindən çox insan yaralanıb. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən xəbər verir.
X X X
05:42
İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranda həlak olanların sayı 129-a çatıb. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən məlumat verir.
Daha öncə 93 nəfərin öldüyü bildirilirdi.
X X X
04:17
İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatıb, mindən çox adam yaralanıb.
Trend-in Press TV-yə istinadən verdiyi məlumata əsasən, bunu xilasedicilər bildirib.
Yaradılan Böhran Mərkəzinin məlumatına görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kirmanşah və İlam əyalətlərinə düşüb. Məhz İlam, Kirmanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.
X X X
03:09
İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində 61 nəfər ölüb, daha 300 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bunu İran FHN-in nümayəndəsi ISNA agentliyinə bildirib.
Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi