İrandakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları varmı ? - XİN -dən açıqlama






"İran-İraq sərhədində baş verən zəlzələdə həlak olanlar arasında azərbaycanlıların olub-olmaması haqqında məlumat yoxdur”.

Bu barədə "Sherg.az”a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


Qurum sözçüsü qeyd edib ki, məlumat əldə edilən kimi, ictimaiyyətə xəbər veriləcək:

"Hazırda nazirlikdə bu barədə hər hansı məlumat yoxdur. Dəqiq informasiya əldə edildiyi zaman mətbuata məlumat verəcəyik".

Qeyd edək ki, Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb. Məlumata görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.


Ayyət Əhməd