İrandan gətirilən kartofda zərərli orqanizmlər aşkarlandı
09:42 20.09.2018
Arxiv
759
Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən hər birində ümumi çəkisi 24.700 kq olan kartof məhsuluna "Biləsuvar" gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.
DGK-dan "Sherg.az"a bildirilib ki, bununla əlaqədar "Biləsuvar" gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəsisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb.
Yuxarıda göstərilənlərlə əlaqədar Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol