İranın Azərbaycandan nəsə tələb etmək haqqı yoxdur
20:03 29.06.2017
Arxiv
458
Rəsmi Tehran Qarabağ münaqişəsi başlayandan işğalçı Ermənistana siyasi, iqtisadi yardım göstərir
İran İsrailin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir. Bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib. Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşən Laricani deyib ki, Təl-Əvivin Qarabağ münaqişəsinin həllində iştirakı neqativ nəticələr doğuracaq.
İranlı spiker bildirib ki, Azərbaycanla Ermənistan arasında problem xaricdən müdaxilə olmadan yoluna qoyulmalıdır. O, həmçinin, İranın energetika, tranzit və nəqliyyat sahələrində Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu da bəyan edib. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və müsəlman həmrəyliyini əsas tutan digər islam dövlətlərinin heç biri Ermənistanla siyasi-diplomatik, iqtisadi əlaqələr qurmadığı halda, müsəlman qonşumuz İran illərdir təcavüzkara qucaq açır. İsrailin münaqişənin həllində virtual iştirak etməsindən daha çox bu fakt narahatlıq doğurur. İsrail Azərbaycana sadəcə silah satır, İran isə Ermənistanı on illərdir hərtərəfli gücləndirməklə məşğuldur.
İran rəsmisinin qeyri-səmimi açıqlamasına münasibət bildirən politoloq Azər Rəşidoğlu deyib ki, rəsmi Tehran Qarabağ münaqişəsi başlayandan işğalçı Ermənistana siyasi və iqtisadi yardım göstərir:
"Nə qədər təəccüblü qarşılansa da, müsəlman dövləti sayılan İran din və məzhəb qardaşı Azərbaycana deyil, xristian Ermənistana dəstək verir. Əgər İran bizə düşmənçilik edən təcavüzkar ölkə ilə sıx əlaqə saxlayırsa, onda Azərbaycanın beynəlxalq normalar çərçivəsində İsraillə əməkdaşlıq etməyə daha çox haqqı var. Azərbaycan müstəqil ölkə kimi öz maraqlarını nəzərə almalıdır. Biz Rusiya, Türkiyə, Pakistan, İsrail, eyni zamanda ABŞ və İranla əlaqələr qururuq, maraqlarımız çərçivəsində əməkdaşlıq edirik. İranın xoşuna gəlmir deyə dünyada nüfuzlu gücə sahib olan İsraillə əlaqələrimizi kəsə bilmərik. Bu addım dövlət və milli maraqlarımıza zidd olar”.
Ekspertin sözlərinə görə, hər zaman məzhəb birliyindən danışan İranın düşmən Ermənistana maddi yardım etməsi, hətta silah-sursat satması rəsmi Bakını ciddi narahat edir. Lakin Tehran etirazlarımıza məhəl qoymur:
"Halbuki, İranın bizdən yox, əksinə, bizim İrandan tələb etməyə haqqımız çatır ki, fars rejimi düşmən ölkə ilə əlaqələrə son versin. Məsələ ondadır ki, müstəqil Azərbaycan dövlətinin varlığı İranı narahat edir. Bu baxımdan İranın Azərbaycana qarşı addımları "başadüşülən”dir. İran Azərbaycana dost ölkə deyil. Sözün açığı, inanmıram ki, nə vaxtsa bu dostluq qurulacaq. İsraillə əməkdaşlıq məsələsi də bir bəhanədir. İsraillə əlaqələri kəssək belə rəsmi Tehran digər vasitələrlə Azərbaycanın ayağından çəkəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət